Ev Cəmiyyət

Tovuzda ana dilimizi sevək, sevdirək şüarı altında «Dil və Mədəniyyət» festivalı keçirilib…

PAY
Tovuz Festival

«Ana dili» festivalı dövlət himnimizin səsləndirilməsi ilə başladı. Sonra festival haqqında qonaqlara məlumat verildi. «Ana dili»  Dil və Mədəniyyət  festivalı 2000-ci ildən başlayaraq hər il qeyd olunur.  Respublika səviyyəsində 100-lərlə şagirdin iştirak etdiyi bu müsabiqə 8 kateqoriya üzrə keçirilir. Şer, mahnı, ölkəşünaslıq və digər kateqoriyalar üzrə regionlarda qalib olan iştirakçılar sonda Bakıda keçirilən yekun mərhələdə yarışacaqlar. İştirakçıların təqdimatından sonra festival haqqında kiçik videoçarx nümayiş olundu. Daha sonra Qazax, Ağstafa, Tovuz və Şəmkirdən olan iştirakçı şagirdlər səhnəyə dəvət olundular. Çıxış edən uşaqlar söylədikləri şerlər və mahnılarla sanki vətənimizin böyüklüyünü, qüdrətini nümayiş etdirirdilər. Münsiflər heyətinin rəyindən sonra qaliblər elan olundu və fəxri qonaqlar tərəfində mükafatlandırıldı. Qeyd edək ki, festivalın növbəti mərhələsi Gəncədə keçiriləcək. Tovuzda və digər ətraf rayonlarda təşkil olunan festivallarda qalib gələn iştirakçılar Gəncədə təşkil olunan regional festivalda yarışacaqlar. Final yarışması isə fevralın 24-də, ana dili günündə paytaxtda təşkil olunacaq.

Nicat Abdullayev(turkeltv.az)

PAY