Ev Cəmiyyət

Tovuz almanları- Traubenfeld

PAY

Tovuz haqqında danışanda onun tarixində , inkişafında mühüm rol oynamış alman koloniyası Traubenfeld haqqında da qeyd etmək vacibdir. Məlumdur ki, Azərbaycan torpaqları şərqi almanlar üçün ikinci vətən olmuşdur. Onlardan      Qeorqsfeld-1888 (Leninkənd — Çinarlı), Alekseevka-1912, Qrinfelğd 1906 ( Qazax), Eyqenfeld (Şəmkir), Traubenfelğd -1912  (Tovuz), Yelizavetinka 1914 (Ağstafa),Yelenendorf 1819, Annenfeld 1819 –illərdə yaranmış kolonyalar olmuşdur.  Traubenfeldin tərcüməsi  üzüm tarlası deməkdir,Tovuzun Dəmir yoluna və Poçt yolu adlanan avtomobil magistiral yoluna yaxın  ərazidə yerləşmiş, el arasında kolonka, nemsə deyilən, Nizami adına kolxoz-sovxozun köhnə üzüm bağları, tövlələrin ərazisini, Y.Sadixov, Kəhriz və s. küçələri də daxil olmaqla  əhatə etmişdir. Sənədlərdə Gəncədən 72 km aralıda yerləşdiyi qeyd edilir.Əsasən üzümçülüklə məşğul olmuşlar, “Konkordiya”adlanan kooperativi,böyük uzüm bağları olmuş, 1912 –ci ildə 123, 1928-ci ildə isə (Yevangel katolik kilsəsinə məxsus) 393 nəfər əhalisi olmuşdur.Bu alman koloniyasında qanun qayda yüksək səviyyədə olmuşdur. Koloniyanın rəhbəri –Şuls adlanırmış, yəni  seçki nəticəsində təyin edilən başçı. Koloniyanın adları “feld” sözü ilə bitərmiş,bu da alman dilində tarla deməkdir (dorf-kənd deməkdir). 1933- cü ilə qədər Tovuzdakı koloniya  Traubenfeld adlanmışdır. 1939 –cu ildən başlayaraq müharibə ilə bağlı koloniyaya qarşı represiyalar və köçürmələr başlamışdır.Arxiv sənədlərinə nəzər salanda “Traubenfeld- Tovuz”, və “Neftçi” futbol komandalarının görüşləri, 1928- ci ildə Tovuzda anadan olmuş Liske-Frik Qertruda Qustavovna , onun sonrakı taleyi haqqında məlumatlar əldə etmək mümkün olmuşdur. İndi də onların inşa etdiyi bir sıra tikililər Tovuzda  mövcuddur.

PAY