Ev Cəmiyyət

Tovuzda işıq problemi bitmir…

PAY
Tovuz İşıq

İşıqlari sönmüş həyətə daxil oluruq. Şam işığının ətrafında oturan ailənin həyətə girməyimizdən belə xəbəri yoxdur. Gözü işıq axtaran bu insanlar kameranın işığını görər-görməz qapını açıb bizi evə dəvət edirlər. Gördüklərimizsə evin ağbirçəyi Solmaz nənənin bir cümlədə dediyindən heç də fərqli deyil. Közərən şam işığı evi müəyyən qədər işıqlandırsa da televizorı, soyuducunu, və elektriklə işləyən digər əşyaları işıqlandırmır. Çünkü onlar elektriklə işləyir. Üstəlik elektrikin tez-tez kəsilməsi bu avadanlıqların sıradan çıxmasına səbəb olur. Məsələnin hüquqi tərəfini öyrənmək üçün hüquqşunasa müraciət etdik. Məlum oldu ki, vətəndaşlarla Elektrik Şəbəkəsi arasında bağlanan müqaviləyə əsasən vətəndaş sıradan çıxan avadanlığa görə şəbəkəni məkəməyə verə bilər. Lakin…Tovuz Rayon Elektrik Şəbəkəsi isə məsuliyyətdən boyun qaçırsa da problemin olduğunu təsdiqlədi. Lakin deyirlər ki, bu bizim işimiz deyil…Konkret olaraq Tovuzun fasiləsiz işıqlandırılması nəvaxt təmin olunacaq sualına isə sahə ustasının cavabı belə oldu. Məsələnin hüquqi tərəfinin Tovuzun elektrik xətləri kimi dolaşıq olması yaxşı heç nə vəd etmir. Məsələnin araşdırılmasını isə davam etdirəcəyik.

Nicat Abdullayev(turkeltv.az)

PAY