Ev Cəmiyyət

Ermənilər kənd sakinini yaraladılar…

PAY
Tovuz Müharibə
Ötən gecə Ermənistan  silahlı qüvvələrinin açdığı atəş nəticəsində Tovuz rayon Hacallı kənd sakini yaralanıb.Səhər və axşam fasilələrlə Tovuzun Hacallı kəndi atəşə tutulub. Nəticədə kənd sakini 30 yaşlı Elnur Quliyev qolundan və ayağından güllə yarası alıb. Dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən E.Quliyevin vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə, əqli qüsuru olan E. Quliyev düşmən postlarına yaxın ərazisində hündür təpəyə çıxarkən ona atəş açılıb. Erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində rayonun Əlibəyli kəndində Abdulla Ələsgərovun həyətindəki iribuynuzlu heyvan ağır yaralanıb.
PAY