Ev Cəmiyyət

Tovuzda ordumuz hücuma keçdi: ermənilərin postu dağıdıldı…

PAY
Tovuz Hərbi
Dünən axşam Tovuzun Əlibəyli kəndində güclü atışma müşahidə olunub.Kənd sakinlərinin sözlərinə görə, ötən gün saat 23:00 radələrindən Tovuz rayonunun Əlibəyli kəndi düşmən tərəfindən atəşə tutulub.
Kənd icra nümayəndəsi Valeh Rzayev bildirib ki, Əlibəyli kəndinin evləri və həyətləri atəş altında qalıb.Kənd sakinləri güllələrdən qorunmaq üçün evlərə çəkiliblər və kənddə bütün evlərdə işıqlar söndürülüb.
Azərbaycan Ordusu isə qarşı tərəfi susdurmaq üçün hərəkətə keçib. Ermənilərin mövqelərinə edilən hücum nəticəsində qarşı tərəfin postu dağıdılıb, neytral zonada isə yanğın meydana gəlib.
Kənd sakinlərindən xəsarət alan olmayıb. /ANS/
PAY