Ev Cəmiyyət

Əlibəylidə qoşunların təmas xəttində monitorinq keçirilib…

PAY
Tovuz ATƏT

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün atəşkəsin daha çox pozulduğu Tovuz rayonunun Əlibəyli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilib. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçləri Yevgeni Şarov və Piter Svedberq aparıb. Tez-tez düşmən gülləsinə tuş gələn kənd sakinləri ATƏT nümayəndələrinə mövcud vəziyyətlə bağlı məlumat veriblər. Səhra köməkçiləri isə Ermənilərin açdığı atəş zamanı əhaliyə dəyən ziyanın qeydiyyatı aparıb. Qeyd edək ki, monitorinqdən təxminən 1 saat əvvəl də düşmən ordusu Əlibəylini atəş tutub. İnsidentsiz başa çatan monitorinqi qarşı tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçirib.

ƏRHUN

PAY