Ev Cəmiyyət

Sahibsiz itlər Tovuzda ciddi təhlükə mənbəyidir…

PAY
Tovuz Təhlükə

Tovuzda sahibsiz itlər son günlər əsl təhlükə mənbəyinə çevrilib. Sakinlər bildirir ki,uşaqlara,böyüklərə , əlacsız qalanda isə  toyuq-cücəyə divan tutur  bu canlılar. Sahibsiz itlərin bu cür hegamonluğu Tovuzun mərkəzi küçələri ilə yanaşı, Abulbəyli, Avaztəpə, Aşağı Öysüzlü kəndlərində də hökm sürür. Kəndlilər bildirir ki, uşaqlar küçədə oynamağa, hərəkət etməyə macal tapmırlar.  Ən təhlükəli vəziyyət isə səhər saatlarında kiçik yaşlıların baxçaya, məktəbə gedən vaxtlarında yaranır. Ac-yalavac canlılar azyaşlılara, həmçin onların valideynlərinə belə soxulurlar. Dəmiryolu xətti boyunca qrup şəkilində dolaşan sahibsiz itlər sakinlərin yuxusuna da haram qatır. Quduzluq xəstəliyinin mənbəyi sayılan bu heyvanlara qarşı rayonda mübarizə tədbirləri görülsə də onların artmasının qarşısnı almaq hələ ki,mümkün deyil.  Bir neçə gün öncə Tovuz sakini Samir Əzizov da əlindən it  dişləməsi nəticəsində Tovuz Mərkəzi rayon Xəstəxanasına müraciət edib. Dərhal ona quduzluq əlehinə vaksin vurulub. Son günlər sakinlərin qorxulu kabusuna çevirilən bu heyvanların küçələrdə cəsədinə də rast gəlmək mümkündür. Tovuz rayon Baytarlıq idarəsindən isə şifahi olaraq bildirdilər ki, yalnız sahibli itlərə quduzluq əlehinə vaksinlər vurulur. Sahibsiz itlərə qarşı isə mübarizə tədbirləri gücləndirilib. Valideynləri narahat edən səbəb isə, bir neçə gün sonra məktəblərin açılması və sahibsiz itlərin şagirdlərin hərəkət ediyi yollarda daha çox görünməsidir. Bunun üçün onlar aidiyyatı qurumların hərəkətə keçməsini vacib sayırlar.

(www. qerb. info)

PAY