Ev Cəmiyyət

Tovuzun Əyyublu kəndində zəncirvari yol qəzası baş verib…

PAY
Tovuz Hadisə

Dünən günorta saatlarında Bakı-Qazax avtomagistralının Tovuzun  Əyyublu kəndi ərazisində zəncirvari yol nəqliyyat hadisəsi baş verib.Hadisə zamanı 4 avtomobil toqquşub. Bu zaman avtomobillərdən biri yol kənarında dayanan Əyyublu kənd sakini 28 yaşlı Elçin Rəhimovu vurub. Ağır bədən xəsarətləri alan yaralı Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. İlkin müayinə edildikdən sonra xəstənin vəziyyəti ağırlaşıb və onu Gəncə şəhər TTYX-na gətiriblər.İlkin ehtimallara görə hadisəyə yüksək sürət səbəb olub.Baş verən hadisə ilə bağlı BDYP-nın İstinaq və Təhqiqat şöbəsində araşdırma aparılır.(Kepeztv.az)

PAY