Ev Cəmiyyət

Tovuz rayonunun daha üç kəndində yeni məktəblər istifadəyə verilib…

PAY
Tovuzlular Təhsil

Sentyabrın 15-də Tovuz rayonunun Qalaboyun kəndində 80, Çeşməli və Papaqçılar kəndinin hər birində 180 şagird yerlik yeni məktəb binaları qapılarını müəllim və şagirdlərin üzünə açıblar.AzərTAc xəbər verir ki, açılış mərasimlərində çıxış edənlər ölkəmizdə təhsil sahəsinin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıblar. Diqqətə çatdırılıb ki, son illərdə Tovuz rayonunda müxtəlif maliyyə mənbələri hesabına bu gün açılan məktəblər də daxil olmaqla, 24 yeni məktəb binası istifadəyə verilib, 2-si əsaslı təmir olunub.
Valideynlər, şagirdlər və müəllimlər onlara yaradılan bu şəraitə görə Prezident İlham Əliyevə öz minnətdarlıqların bildiriblər.

PAY