Ev Cəmiyyət

Əlibəyli kəndində 20 yaşlı gənc bıçaqlandı…

PAY
Tovuz Hadisə

Tovuzda sözləri çəpləşən qonşular problemin həllini bıçağa əl atmaqda görüb. Rayonun Əlibəyli kəndində qeydə alınan hadisədə 20 yaşlı Əflatun Bayramov öz həmyaşıdı və kəndlisi olan Emin Abdıyevi bıçaqlayıb. Qarın nahiyəsindən zərbə alan 20 yaşlı gənc Tovuz Mərkəzi rayon xəstəxanasına çatdırılıb. Xeyli qan itirən Emin Abdıyevin həyatını xilas etmək mümkün olub. Zərərçəkənin sözlərinə görə, son günlər qonşusu ilə aralarında problemlər yaranıb. Elə hadisə də münaqişə zəminində baş verib. Hadisəni törədən Əflatun Bayramovun saxlanılması istiqamətində Tovuz Polisi iş aparır.
(kepeztv.az)

PAY