Ev Cəmiyyət

Tovuzda meyvə ağaclarına payız calağı vurulur…

PAY
Tovuz Calaqvurma

Kənd təsərrüfatı mütəxəssislərinin fikrincə calaq edilən ağacın ömrü daha uzun olur. Bundan başqa, məhsuldarlıq da calaq olunmayan ağaclara nisbətən yüksəkdir.İxtisasca mexanik olan 76 yaşlı Valeh Mehdiyev 13 ildir cır ağacların calaq edilməsi ilə məşğuldur. Tovuzda göz calağı daha geniş yayılıb. Ancaq ən etibarlı üsul qələm calağıdır. Calaq işləri ən çox yaz, payız fəsillərində aparılır. Valeh Mehdiyev bildirir ki, calaq edilən ağaca düzgün qulluq göstərmək lazımdır ki, istənilən məhsuldarlığı əldə etmək mümkün olsun.Bağında bir çox meyvə ağacı yetişdirən müsahibimiz bildirir ki, təkcə armudun 12 sortunu yetişdirib. Hətta elə armud ağacları var ki, onlara 5 müxtəlif sortun calağı olunub.

Rahim İbrahimoğlu     ( kepeztv.az )                                                   

PAY