Ev Cəmiyyət

Tovuzda Qurban bayramında satış yarmarka…

PAY
Tovuz Yarmarka

 Tovuz şəhərində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Qurban bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilib.
AzərTAc xəbər verir ki, şəhərdəki “Turan” ticarət mərkəzində təşkil olunan yarmarka 2 gün davam edib.Yarmarkaya rayon fermerləri tərəfindən istehsal olunan ət, ağartı məhsulları, meyvə-tərəvəz, kartof, soğan və s. çıxarılıb. Bu məhsullar alıcılara bazar qiymətlərindən 20-30 faiz ucuz təklif olunur. Sakinlər yarmarkanın təşkilindən razılıq ediblər

Famil Quliyev

PAY