Ev Cəmiyyət

BMT-nin beynəlxalq məsləhətçisi Tovuzun Əlibəyli kəndində…

PAY
Tovuz BMT

BMT nümayəndələri oktyabrın 28-30-dək ölkədə keçiriləcək Gənclər siyasəti üzrə I Qlobal forumda iştirak etmək üçün Azərbaycana gəlib. BMT-nin beynəlxalq məsləhətçisi Antonio Palazuoelos Prieto ötən gün Tovuzun düşmənlə ən yaxın məsafədə yerləşən Əlibəyli kəndində olub. Ermənilərin tez-tez atəşə məruz qoyduğu kəndin gəncləri ilə görüşən BMT nümayəndəsi onların həyat şəraiti ilə tanış olub və münaqişənin tezliklə sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib.160 ölkədən 700-dən artıq iştirakçının qatılacağı forumun keçirilməsində əsas məqsəd gənclər siyasəti üzrə müxtəlif ölkələrin təcrübə mübadiləsinin aparılmasıdır. (kepeztv.az)

PAY