Ev Cəmiyyət

Tovuz “Aqroservis”in xidmətləri…(VİDEO)

PAY
Tovuz Aqroservis

Sahibkarların üzləşdiyi əsas çətinliklərdən biri yeni kənd təsərrüfatı texnikalarını əldə etməkdir. Bəzən texnikanın qiymətinin baha olması sahibkarın büdcəsinə uyğun olmur. Tovuzda fəaliyyət göstərən Aqrolizinq  ASC bu texnikaları vətəndaşlara lizinq yolu ilə əldə etmək imkanı verir. Ətraflı Ceyran Ələkbərovanın Tovuzdan hazırladığı  sujetdə.

Qərb bölgəsində kənd təsərrüfatı ilə məşğul olan fermerlər texnikları “Aqrolizinq” ASC-nin Tovuz rayon filialından əldə edə bilər. Burada şum traktorları, kombaynlar, taxıl səpənlər, kotan, otbiçən, dərmanlama aparatları və digər kənd təsərrüfatı üçün lazım olan bütün texnikalar sahibkarlara güzəştli şərtlərlə təqdim olunur.

AQROLİZİNQ ASC-NİN TOVUZ FİLİALININ MÜDİRİ  VİDADİ ƏKBƏROV:“Aqrolizinq ASC-də belədir. Hər hansı bir fermer, hər hansı bir şəxs traktor alırsa, onun 20%-i ödənilirsə 40%-ni dövlət ona güzəşt edir. Yerdə qalan hissəsini güzəştli şərtlərlə 5-7 il müddətinə ödəyir”.

Tovuz “Aqroservis” müəssisəsinə gələn il yeni texnikların da  gətirilməsi nəzərdə tutulur.  Müəssisədə olan traktorlar Gəncə avtomobil zavodunun istehsalıdır. Digər texnikalar isə  əsasən Hollandiya, Yaponiya, Rusiya, Belarus vəTürkiyədən gətirilir. «Aqroservis» fermerləri həm də mineral gübrələrlə də təmin edir.

AQROLİZİNQ ASC-NİN TOVUZ FİLİALININ MÜDİRİ VİDADİ ƏKBƏROV:“Bunlar növ-növ kübrələrdir. Zonadan aslı olaraq. Bizim zonada amonim-nitrat və amafosdur. Camaatın tələbi bunlara daha çoxdur”.

Müəssisənin fəaliyyəti bununla yekunlaşmır. Dövlət başçısının sərəncama əsasən aqrolizinq vasitəsilə xarici ölkələrdən cins mal-qaranın gətirilərək sahibkarlara güzəştli şərtlərlə verilməsi də nəzərdə tutulub.

AQROLİZİNQ ASC-NİN TOVUZ FİLİALININ MÜDİRİ  VİDADİ ƏKBƏROV:“Tovuzda cins mal-qaranın yerləşdirilməsi üçün elə şərait olmadığına görə bizdə mal-qara yoxdur. Onlar ancaq Ağcabədi rayonunda saxlanılır. Amma istəyən olsa lizinq yolu ilə bizdən ala bilərlər”.

Tovuz “Aqroservis” müəssisəsinin illik dövriyyəsi 50-55 min manat arasında dəyişir. Müsahibim bildirdi ki, fermer və sahibkarlar güzəştli şərtlərlə bütün növ xidmətlərdən yararlana bilərlər.

CEYRAN ƏLƏKBƏROVA (TTV.AZ)

PAY