Ev Cəmiyyət

121 yaşlı Tovuzlu nənə… (video)

PAY
Tovuz Məryəm Mehdiyeva

Hazırkı dövrdə 100-dən artıq yaş ömür yaşamaq demək olar ki qəhrəmanlıqdır. İndi təqdim edəcəyim sujetin qəhrəmanı Tovuzun Aşıralılar kənd sakini Məryəm Mehdiyevanın 121 yaşı var. Ömrünün bu çağında da özünü gümrah hiss edən nənə uzunömürlü olmağın sirrini danışıb.Məryəm Mehdiyevanın  121 yaşı var. Boş vaxtlarında mahnı zümzümə edir, bir əsr bundan qabaq oxuduğu kitablardan şerlər söyləyir.Məryəm nənənin babaları da uzunömürlü olub. Amma hələ onu qədər yaşayanı olmayıb. Nənə sağlam qalmağının sirrini qidalanmada görür. Gözünün qabağında bişməyən yeməyi yemir.Özünü gümrah hiss edən ağbirçək nənə indiyə qədər dərmandan istifadə etməyib. Bəzən gəlinlərinin də köməyinə çatan Tovuzun ən uzun ömürlüsü təmizliyinə ciddi fikir verir. Nənənin gündəlik istifadə etdiyi ətirlər də var. 5 övladı 70-ə yaxın nəvəsi, 30-dan çox nəticəsi, 20 kötücəsi olan qəhrəmanımın yaxın zamanda yadıcası da olacaq. Hamının sevimlisinə çevrilən Məryəm nənə kəndin xeyir-şər mərasimlərindən də qalmır. Kənd sakinləri daima onunla məsləhətləşir və xeyir-dua alır.

CÜMŞÜD BAYRAMLI

PAY