Ev Cəmiyyət

Bayramı Tovuzda ən tez qeyd edən kənd…

PAY
Tovuz Bayram şənlikləri

Qərb bölgəsində ən tez bayram abu-havası bu kənddə yaşanır. Baharın gəlişini ilk olaraq Tovuzun Yuxarı Öysüzlü sakinləri qeyd edir. Kəndlilər yüzilliklərdən bəri özünəməxsus tarixi adət ənənələrini bu günədək yaşadıb davam etdirirlər. Onlar fevralın 10-u axşamına təsadüf edən “Xıdır gecəsi”, “Xıdır bayramı” kimi adlandırdıqları bu mərasimi böyük cosqu ilə qeyd edirlər. Kimisi əlində lopalar kimisi də şamlar gətirib hündür Çinarın ətrafında yandırırlar. Uzun yol qət edib, çay keçib övladları ilə buraya gələn rayon sakinləri bayramı kəndin su, torpaq və alovun qovuşduğu yerində keçirirlər.Evlərdə şirniyyatlar xüsusəndə “Xıdır bayramı”nın atributu sayılan qovud bişirilir. Beləliklə kiçik çillənin sonuncu on günlüyü yəni fevralın 10-dan etibarən yazın müjdəçisi olan Xıdır gecələri başlayır. Peyğəmbər Xıdır Nəbinin adı ilə bağlı olan bu gecə yazın ilk müjdəçisi olduğundan bunu yüz illərdir ki, hər il eyni tarixdə kəndlilər bayram edirlər. Öysüzlü sakinləri bu bayramın bütün bölgələrdə qeyd edilməsini, yaşadılmasını istəyirlər. (Qerb.info)

PAY