Ev Cəmiyyət

Tovuzda yeni park-bulvar kompleksi…

PAY
Tovuz Bulvar

Tovuz sakinləri bu yay istirahət üçün ətraf rayonlara, yaxud paytaxta üz tutmaya bilər. Çünki rayonda əhalinin istirahətini təmin edəcək park-bulvar salınır. Ətraflı Rahim İbrahimoğlunun hazırladığı materialdan izləyək…Aprelin ilk həftəsi Tovuzda havalar qeyri-sabit keçib, ancaq son vaxtlar günəşli günlərin sayı artıb. Bundan istifadə edən sakinlərdən kimisi övladını, kimisi də nəvəsini gətirərək onların parkda əylənməsinə çalışır. Xüsusilə, axşam saatlarında insan axını daha da sürətlənir. Tovuz çayının sağ sahilində salınan yeni bulvar kompleksi isə axşam saatlarında əraziyə gələnlərin zövqünü oxşayır. Burada quraşdırılan idman avadanlıqları isə əsasən gənclərin ürəyincədir.Qeyd edək ki, inşasına ötən il başlanılan yeni bulvar kompleksində son tamamlanma işləri gedir.

Rahim İbrahimoğlu(kepeztv.az)

PAY