Ev Cəmiyyət

Tovuz rayonunda ev heyvanları arasında profilaktiki tədbirlər…

PAY
Tovuz Heyvandarlıq
Tovuz rayonunda ev heyvanları arasında yoluxucu xəstəliklərə qarşı mütəmadi olaraq profilaktiki tədbirlər görülür.Rayonun baytarlıq idarəsindən AZƏRTAC-a bildiriblər ki, cari ilin yanvar-mart aylarında brusellyoz xəstəliyinə qarşı seroloji (qan qruplarının tədqiqi) müayinə üçün 15 min baş ev heyvanından qan nümunəsi götürülərək zona baytarlıq laboratoriyasında yoxlanılıb, 8 baş iribuynuzlu və 2 baş xırdabuynuzlu heyvanın xəstə olduğu aşkarlanıb. Xəstəliyə yoluxan heyvanlar təlimata uyğun olaraq məhv ediliblər.Bundan əlavə, qara yara xəstəliyinə qarşı 44 min 198 baş iribuynuzlu, nodulyar dermatit xəstəliyinə qarşı isə 8 min 175 baş iribuynuzlu heyvan peyvəndlənib.
PAY