Ev Tovuz xəbərləri

Tovuzda və Göygöldə heyvandarlıqla bağlı zona müşavirələri…

PAY
Tovuz Heyvandarlıq

Mayın 5-də Tovuzda və mayın 6-da isə Göygöldə heyvandarlıq sahəsinə həsr edilmiş zona müşavirələri keçiriləcək.Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər.Müşavirədə zona baytarlıq laboratoriyalarının fəaliyyətinin genişləndirilməsi, arıxanaların qeydiyyatının aparılması və məlumatların elektron bazasının yaradılması, heyvanların süni mayalandırılmasında istifadə olunan genetik materialın və arıçılıq məhsullarının müayinə edilməsi, habelə yem istehsalının təşkili, bölgə üçün xarakterik olan heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması və digər məsələlər müzakirə olunacaq.Hər iki zona müşavirəsində fermerlər, süni mayalama mütəxəssisləri, arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslər iştirak edəcəklər.

Müşavirələrin sonunda iştirakçılar müasir heyvandarlıq komplekslərində qabaqcıl təcrübə ilə tanış olacaqlar.

PAY