Ev Cəmiyyət

Tovuz rayonunda yazlıq bitkilər əkilir…

PAY

Tovuz rayonunda yaz-tarla işlərinin qızğın çağıdır. Fermerlər əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər.Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, torpaq mülkiyyətçiləri cari ildə 11 min 46 hektar sahədə yazlıq səpin həyata keçiriblər. Bunun 1160 hektarı qarğıdalı, 883 hektarı yonca, 7409 hektarı kartof, 1557 hektarı tərəvəz, 36 hektarı bostan və digər bitkilərdir.Havaların əlverişli keçməsi sahibkarların bol məhsul əldə edəcəklərindən xəbər verir…

PAY