Ev Kim-kimdir?

Tovuzda yolu keçmək istəyən qadını maşın vurub…

PAY
Tovuz Hadisə
Bakı-Qazax magistral yolunda piyadanı maşın vurub.APA-nın qərb bürosunun məlumatına görə, hadisə magistral yolun Qovlar şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Aşağı Öysüzlü kənd sakini, 1956-cı il təvəllüdlü Şəfiqə Hüseynova yolu keçmək istəyərkən “Ford Tranzit” markalı avtomobillə vurulub. Qadın kəllə-beyin travması, təpə nahiyəsinin əzilmiş yarası ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
PAY