Ev Cəmiyyət

Sərxoş qonşular avtomobil oğurladılar…

PAY

Tovuz Oğurluq

Qonşular birləşib avtomobil oğurladılar. Gəncədə yeyib-içib sərxoş halda Tovuza gələn «qəhrəman»-lar Əyyublu kəndində Fəxrəddin Mehralıyevin «Vaz 21-05» markalı avtomobilini qaçırıblar. İçməli su satışı ilə məşğul olan Əyyublu sakini evə girib həyətə çıxanda avtomobilinin yoxa çıxdığını görüb. Təhlükəsizlik kamerasında görüntülənən 2 nəfər maşını kəndən çıxara bilib. Dərhal polisə məlumat verən zərərçəkənin avtomobilini bir neçə ay sonra Gəncə şəhər sakinləri Anar Hüseynov və onun qonşusu Vuqar İsmayılov tərəfindən oğurladığı məlum olub. Qonşular oğurluğun izini itirmək üçün «Vaz»-ı hissələrə bölərək digər avtomobilə yığıblar. Amma onların bu cəhdidə bir fayda verməyib aparılan uğurlu əməliyyat nəticəsində polis Gəncə sakinlərini saxlaya bilib. Törətdikləri əməldən peşman olan qonşulardan biri utanaraq üzünü belə göstərməyib. Digəri isə sərxoş olduğundan bu addımı atğını bildirib. Qeyd edək ki,saxlanılanlardan Vuqar İsmayılov əvvələrdə bir neçə cinayət törədərək məhkumluq həyatı yaşıyıb…(qerb.info)

PAY