Ev Cəmiyyət

Tovuzlu professor vəfat edib…

PAY
Tovuz Allah rəhmət eləsin

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin professoru vəfat edib. «Report»un xəbərinə görə, fizika-riyaziyyat elmləri namizədi, professor Kazım Həsənov 81 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Kazım Həsənov 1934-cü ildə Tovuz rayonunda anadan olub. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin (İndiki BDU) Fizika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinə daxil olub. O, 1959-cu ildən vəfat edənə qədər BDU-da çalışıb. 1961-ci ildə akademik Ə.İ.Hüseynovun rəhbərliyi ilə «Kvazi-xətti hiperbolik və parabolik tipli diferensial tənliklər üçün qarışıq məsələnin həllinin tədqiqi» mövzusunda dissertasiya işini müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb.
Professor 2009-cu ildə Azərbaycanın «Əməkdar müəllim»i fəxri adına layiq görülüb.

PAY