Ev Cəmiyyət

Tovuza gətirilən qu quşları…(video)

PAY
Tovuz cəmiyyət

Yaz günəşi torpağı isitdikcə, insanlar istirahət üçün səfalı, sərin məkanlar axtarırlar. Temperatur yüksəldikcə əksər sakinlər rayonun dağ kəndlərinə üz tuturdu. Amma Tovuz çayı ətrafında salınan park-bulvar kompleksi onların seçim imkanlarını daha da artırıb.Gərgin iş günündən sonra Tovuz əhli süni gölün seyrinə çıxır. Ərazidə yaşıllıq, əyləncə və idman qurğuları ilə yanaşı, daha çox diqqət çəkən qu quşlarıdır. Canlılar süni göldə artıq bir neçə müddətdir bəslənilir. Quşlar gün ərzində buğda, qarğıdalı və müxtəlif otlarla qidalanırlar.İstirahətə gələn böyüklü-kiçikli hər kəs maraqla təbiət canlılarını seyr edir. Uzunboğaz, yerli qazlardan çəkicə böyük olan təbiət inciləri suda müxtəlif hərəkətlər edərək bulvara gələnləri təəccübləndirirlər. Yem axtarmaq üçün uzun müddət suyun dibinə baş vuran quşlar, nəfəs almadan orada qala bilirlər.Yerli mühitə uyğunlaşan bu quşlar tez-tez baytar nəzarətindən keçirilir. Tovuza ilk dəfə olaraq gətirilən qazların artırılması da nəzərdə tutulur. Bunun üçün süni göldə xüsusi yerlər hazırlanacaq.

Rahim İbrahimoğlu (kepeztv.az)

PAY