Ev Cəmiyyət

Tovuzda bu il 20 hektar sahədə tütün əkiləcək…

PAY
Tovuz Kənd təsərrüfatı

Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, Azərbaycanda qədim ənənələrə malik ipəkçiliyin, eləcə də tütünçülüyün və çayçılığın inkişaf etdirilməsi dövlətimizin başçısı tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən edilib.AZƏRTAC xəbər verir ki, bu barədə Tovuz Rayon İcra Hakimiyyətində tütün istehsalı ilə məşğul olacaq yerli sahibkarlarla keçirilən seminar-müşavirədə məlumat verilib.Müşavirədə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov bildirib ki, bu il kənd təsərrüfatının digər sahələri kimi, tütünçülüyün inkişafına da diqqət yetiriləcək. Rayonda cari ildə 20 hektar sahədə tütün əkini həyata keçiriləcək. Tütün əsasən rayonun dağ kəndlərində əkiləcək. Əsas məqsəd kənd təsərrüfatının ənənəvi sahələrindən olan tütünçülüyü dirçəltmək və dağ kəndlərinin əhalisinin məşğulluğunu təmin etməkdən ibarətdir.Seminar–müşavirədə sahibkarlara tütünün əkilməsi və becərilməsi istiqamətində məsləhətlər verilib.Sonda sahibkarları maraqlandıran suallara aydınlıq gətirilib…

PAY