Ev Cəmiyyət

Tovuzda tibb işçiləri peşə bayramlarını qeyd ediblər…

PAY
Tovuz Səhiyyə

Tovuz şəhərində 17 iyun — Tibb işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstləri düzərək Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib.Sonra rayon mərkəzi xəstəxanasının baş həkimi Paşa Muradov çıxış edərək qeyd edib ki, 1918-ci il 17 iyun tarixli Sərəncamla Azərbaycan Xalq Cümhuriyyətinin Səhiyyə Nazirliyi təşkil olunub. İlk səhiyyə naziri 1903-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş, ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyov təyin edilib. Ümummilli lider Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamına əsasən hər il iyunun 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.Məlumat verilib ki, son illər ölkədəki sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına əsaslı təkan verib. Bu müddətdə səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və digər genişmiqyaslı tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illərdə ölkədə 500-dən artıq tibb ocağı tikilib və ya əsaslı təmir edilib. Tibb müəssisələri müasir avadanlıqlarla təmin olunub. Vurğulanıb ki, dövlətimizin başçısının müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasını, onların ən müasir avadanlıqlarla təmin olunmasını, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz olunmasını, müalicəsini, regionlarda diaqnostika mərkəzlərinin istifadəyə verilməsini, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasını və səhiyyə sahəsində digər islahatların başlıca istiqamətlərini təşkil edir.

PAY