Ev Cəmiyyət

Rauf Arifoğlunun 50 illik yubileyi…

PAY
Tovuzlular Rauf Arifoğlu

Bu günlərdə həmyerlimiz Rauf Arifoğlunun 50 yaşı tamam olur.23 iyulda 50 yaşını tamamlayacaq «Yeni Müsavat » qəzetinin təsisçisi Rauf Arifoğlu haqqında film hazırlanıb.Filmin müəllifləri  minval.az saytının kreativ redaktoru İlkin Zəfərli və «Yeni Müsavat » qəzetinin müxbiri, tanınmış jurnalist Sevinc Telmanqızıdır. Müəlliflər musavat.com-a filmin video anonsunu — fraqmanını da təqdim ediblər.  S. Telmanqızı musavat.com -a deyib ki, bu film minval.az saytının və «Yeni Müsavat » qəzetinin illərdir bərabər çalışdıqları iş və missiya yoldaşları Rauf Arifoğluna hədiyyəsidir.O deyib ki, 24 iyulda filmin təqdimat mərasimi olacaq. Təqdimat törəninə ölkənin siyasət, QHT və media sektoruna aid tanınmış simalar, millət vəkilləri , ictimai xadimlər qatılacaq.

Filmin media vasitəsi  ilə yayımına da təqdimat mərasimimdən dərhal sonra start veriləcək. Biz də həmyerlimiz təbrik edirik,uzun ,sağlam,şərəfli və mənalı bir ömür arzulayırıq. Təbriklər,Rauf bəy!!!

PAY