Ev Cəmiyyət

Tovuz qəbiristanlığında hörmətsizlik…(video)

PAY
Tovuz Qəbiristanlıq

Məzarlıq, yoxsa avtodayanacaq?
Qənbər Novruzov təxminən bir il əvvəl anasını bu məkanda torpağa tapşırıb. Tez-tez dünyasını dəyişən doğmasının ruhunu ziyarətə, dua etməyə gəlir. Hər gəlişində gördüyü mənzərə onu təəccübləndirir. Bəzən də əsəbləşdirir. Gec-tez hamımız bu torpaqda əbədi gözümüzü yumacağıq. Amma deyəsən, əcəli qabaqlayıb sağ ikən qəbiristanlıqda “uyuyanlar” da var. Səbəbini isə açıqlamaqdan bax bu şəkildə boyun qaçırırlar. Xoşagəlməz hadisə ilə üzləşən təkcə Qənbər deyil. Məzarlığı ziyarətə gələn digər sakinlər də eyni hallarla üz-üzə qalırlar. Əzizlərinin qəbrini görməyə gələn digər ziyarətçilər, mənəvi dinclik tapmaq əvəzinə qanıqara, narahat vəziyyətdə məkanı tərk edir. Şəhər bələdiyyəsinin rəsmisi Firdovsi Fəttahovla elə məzarlıqda görüşdük. O, məkana darvazanın qoyulduğunu, dələduzlarınsa qıfılı qırdığını bildirdi. Çarə dirəklərə zəncir bağlatdırmaqda görülsə də, faydası olmayıb.

SAMİR NAMİQOĞLU (ttv.az)

PAY