Ev Cəmiyyət

Millət vəkili Qənirə Paşayevanın müraciəti…

PAY
Tovuz Qənirə Paşayeva

Əziz Tovuzlular,

Bu gün sizin qaldırdığınız məsələləri ölkəmizin Baş Naziri Artur Rəsizadənin diqqətinə çatdırdıq və inanırıq ki yaxın günlərdə müsbət addımlar olacaq.

Əziz Əlimərdanlı, Qaraxanlı, Xatınlı, Qədirli, Cilovdarlı, Düzcırdaxan, Cəlilli sakinləri. Son 3 gündə onlarla sakinimiz zəng edərək indi yazacağım məsələ ilə bağlı müraciətlər etdiyi üçün buradan bütün sakinlərimizi maraqlandıran məsələni diqqətə çatdırmaq istəyirəm. Kəndlərimizə yağan güclü dolu nəticəsində çoxlu sayda evlərin dam örtüyünün tamamilə yararsız vəziyyətə düşməsini kəndləri gəzərək, sizinlə söhbət edərək yerində də gördüm. Üzləşdiyiniz çətinliklərə sizi qədər üzüldük. Və sizin yağan yağışların evləri tamamilə yararsız vəziyyətə salmaması üçün hökumətdən qısa zamanda şiferlə yardım göstərilməsi xahişinizi bu gün Baş Nazir Artur Rəsizadənin diqqətinə çatdırdım. Baş nazir Artur müəllimə çox təşəkkür edirəm ki müraciətimizə təcili cavab verdi və bu gün sizi təmsil edən millət vəkili olaraq məni qəbul etdi və məsələləri geniş şəkildə çatdırmam üçün geniş zaman ayırdı. Sizin sıradan çıxmış dam örtüklərinin düzəldilməsi üçün hökumətimizdən şifer yardımı edilməsi xahişinizi sizin və öz adımdan Baş nazirin diqqətinə çatdırdım və xahiş etdim. Eyni zamanda sizin qaldırdığınız bütün fikirləri də Artur müəllimə çatdırdım. Baş nazir bildirdi ki hər zaman oldğu kimi dövlətimiz çətin vəziyyətdə qalan insanlara dəstək göstərilməsi üçün addımlar atacaq. Bu cür insanların hər zaman Dövlət Başçımızın xüsusi diqqətində olduğunu bildirən Baş nazir Artur Rəsizadə təbii fəlakət nəticəsində evlərinin damı yararsız vəziyyətə düşmüş Tovuz sakinlərinə şifer yardımı edilməsi istiqamətində addımlar atılacağını bildirdi. Bu gözəl gecədə bu xəbəri gözləyən onlarla ailəmizin olduğunu bilirəm. İnşallah yaxın günlərdə bu dəstəyin olacağına inanırıq.

Allah dövlətimizə və millətimizə hər zaman yardımçı olsun.

PAY