Ev Cəmiyyət

Tovuzda 400-dən çox kənd təsərrüfatı texnikasına baxış keçirilib…

PAY

Tovuz Rayon Dövlət Texniki Nəzarət Müfəttişliyi tərəfindən yaz əkinləri qabağı texnikalara baxış keçirilir, mexanizatorlara lazımi tövsiyələr verilir.Rayon dövlət texniki nəzarət müfəttişliyinin rəisi Eldar Cəfərov AZƏRTAC–ın bölgə müxbirinə bildirib ki, 500-dən çox texnikaya baxış keçirmək nəzərdə tutulur. Texniki nəzarətdən yayınan texnika sahibləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.Artıq rayon üzrə 400-dən çox texnikaya baxış keçirilib. Görülən tədbirlər yaz vaxtı əkinlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə zəmin yaradır.

AZƏRTAC

PAY