Ev Cəmiyyət

Qonaqlı kəndindən olan şəhid Hüseynov Mustafa Ələddin oğlunun il mərasimi keçirildi

PAY
Bu gün 44 günlük Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olmuş Tovuz rayonunun Qaradaş İnzibati Ərazi Dairəsi üzrə Qonaqlı kəndində Şəhid Hüseynov Mustafa Ələddin oğlunun il mərasimi keçirildi. Mərasimdə Millət vəkili Arzu Nağıyevın köməkçisi iştirak etmiş, Millət vəkili adından başsağlığı bir daha ailəsinə və yaxınlarına çatdırılmışdır.
Daha sonra Şəhidimizin ruhuna dualar oxunmuş, əziz xatirəsi böyük ehtiramla yad edilmişdir.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik! Vətən sağ olsun!
PAY