Ev Cəmiyyət

Tovuzda boks üzrə zona birinciliyi keçirildi

PAY
Tovuz Boks

İdman Məktəblərinin 6-cı Respublika Oyunlarının boks üzrə zona yarışlarından biri də,Tovuzda keçirilib. Belə ki, 2 zonada — Astara və Tovuzda keçirilən yeniyetmələrin boks yarışında, hər çəki dərəcəsində 1 və 2-ci yerlərin sahibi, həmçinin 2 nəfər olmaqla üçüncülər də, Balakəndə keçiriləcək final mərhələsində iştirak etmək haqqı qazanıb. Qeyd edək ki, Tovuzda təşkil olunan zona yarışında şəhər, rayon və idman məktəblərindən ümumilikdə 160-a yaxın boksçu mübarizə aparıb.

Ölkəmizdə Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə İdman Məktəblərinin 6-cı Respublika Oyunları keçirilir. Artıq bir neçə idman növündə yarışlara yekun vurulub. Növbəti boks yarışı da, davam edir. Belə ki, yeniyetmələrin 6-cı Respublika Oyunları çərçivəsində boks yarışları 2 mərhələ üzrə keçirilir. Bunlardan biri Astara rayonunda baş tutub. Digər zona yarışı isə, Tovuzda reallaşıb. Burada yeniyetmə boksçular 17 çəki dərəcəsi üzrə mübarizə aparıblar. Tovuz Olimpiya İdman Komleksində keçirilən zona yarışına ümumilikdə 15 komanda qatılıb ki, onlar hər çəki dərəcəsində bir idmançı ilə qüvvələrini yoxlayıblar. Ümumilikdə 6-cı Respublika Oyunlarının keçirilməsi ölkədə idman məktəblərinin işinə baxış, idman növlərinin inkişaf etdirilməsi, yeniyetmələrin idman ustalıqlarının artırılması, idman növləri üzrə yığma komandalara namizədlərin hazırlanması, tikilib istifadəyə verilmiş Olimpiya İdman Komplekslərindən və idman bazalarından səmərəli istifadə edilməsi məqsədini daşıyır. Mübarizələrə diqqət yetirdikdə isə, rinqə əvvəlcə 35 kq-lı idmançılar çıxıblar.

Belə yarışlardan perspektivli idmançıların yetişdiyini və onların son 3 il ərzində yeniyetmələr arası beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil etdiklərini deyən Mütalib Həsənov, bunun ehtiyat qüvvədə artım olması ilə əlaqəli oduğunu bildirdi. O, həmçinin qeyd edib ki, Gənclər və İdman Nazirliyi bunun daha da, artmasına nail olmaq üçün bölgələrdə yarışlar keçirməyə davam edəcək.

6-cı Respublika oyunlarının boks yarışında yerli komanda ilə yanaşı Bakı Təhsil İdman Məktəbi, Bakı 8 və 19 nömrəli UGİM, Gəncə 1 və 2 saylı UGİM, Gəncə Respublika İdman Məktəbi, Respublika Olimpiya İdman litseyi, Neftçi İSM, Sumqayıt, Qəbələ, Mingəçevir, Tərtər, Şəmkir və Qazax O.İ.K-nin komandaları iştirak edib. Adı çəkilən komandalardan ümumilikdə 160-a yaxın idmançı Balakəndə keçiriləcək final mərhələsinə vəsiqə əldə etmək üçün gərgin mübarizə aparıb. Bu döyüşləri isə Azərbaycan Boks Federasiyasının təcrübəli hakimlər briqadası idarə edib.

Həmçinin, Mütalib Həsənov 6-cı respublika oyunlarının digərlərinə nisbətən yüksək səviyyədə keçirildiyini də, qeyd etdi.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin qərarı ilə Balakəndə baş tutacaq final mərhələsindən sonra, idmançıların yay mövsümündə formadan düşməməsi məqsədi ilə, idman düşərgələri təşkil olunacaq. Məlumat üçün onuda bildirək ki, düşərgədə əsas yerləri tutmuş idmançılar hazırlıqlarını keçə biləcəklər.

Vüqar Qarayev

Türkeltv.az

PAY