Ev Cəmiyyət

Əvvəlcə bıçaqladı, sonra xəstəxanaya apardı

PAY

BIÇAQ

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayonun Aşağı Quşçu kənd sakinləri 25 yaşlı Cavid Əliyevlə 31 yaşlı Fərhad Quliyev arasında şəxsi münasibətlər zəminində baş verən hadisə ikincinin bıçaqlanması ilə nəticələnib. Tovuz rayon polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi Akif Mayılovun sözlərinə görə, xəsarət alan Fərhad Quliyevi elə onu bıçaqlayan həmkəndlisi xəstəxanaya gətirib. Bel nahiyəsindən bıçaq yarası alan Fərhad Quliyev Tovuz rayon mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib, o, burada əməliyyat olunub. Faktla bağlı Tovuz rayon polis şöbəsində araşdırma aparılır.

Türkeltv.az

PAY