Ev Cəmiyyət

İqtisadi inkişaf naziri iyunun birində Tovuzda vətəndaşları qəbul edəcək

PAY

İqtisadi inkişaf naziri Şahin Mustafayevin Tovuz şəhərində mayın 24-nə nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı iyunun 1-nə keçirilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi nazirliyin saytında xəbər yerləşdirilib.

Tovuz Olimpiya İdman Kompleksində (Ünvan: Heydər Əliyev prospekti, 1) saat 10:00-dan başlayacaq qəbulda iqtisadi inkişaf naziri Şahin Mustafayev Ağstafa, Qazax, Şəmkir, Gədəbəy və Tovuz rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin office@economy.gov.az elektron poçt ünvanı, 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), həmçinin nazirliyin Gəncə-Qazax regional bölməsi (Arzu Hacıyev, əlaqə telefonu: (022) 256 02 32, mobil (050) 395 91 97, Gəncə şəhəri, Heydər Əliyev Meydanı, İnzibati bina) vasitəsilə müraciət edə bilərlər.

PAY