Ev Manşet

İranın yeni prezidenti…

PAY

İslahatçı namizəd Həsən Ruhani səsvermənin ilkin nəticələrinə görə, İran prezidenti seçkilərində liderlik edir.

Trend xəbər verir ki, İranın Daxili İşlər Nazirliyinin bəyanatına əsasən, ölkənin 5 876 seçki məntəqəsində 3 024 434 səs artıq hesablanıb.
1 459 998 seçici Ruhaniyə səs verib.
İkinci yerdə Tehranın meri Məhəmməd Baqir Qalibaf, 487 549 səslə qərarlaşıb.
Səid Cəlili 383,820 səslə üçüncü yerdə yerləşib.
Möhsün Rzayi və Əli Əkbər Vilayəti dördüncü və beşinci yerlərdə 13% və 7% səslə müvafiq olaraq yerləşiblər.
Müstəqil namizəd Məhəmməd Qərəzi 2 faiz səs toplamaqla sonuncudur.
İran Prezidenti 4 il müddətinə seçilir.
Təqribən 50,5 milyon iranlının prezident seçkilərində səs vermək hüququ var. Digər dövlətlərdə yaşayan İran vətəndaşları İranın həmin ölkələrdəki səfirliklərində açılan məntəqələrdə səs verə bilərlər.
İyunun 14-də keçiriləcək prezident seçkilərinin əsas nəticələrini İranın Daxili İşlər Nazirliyi elan edəcək, sonra isə Keşikçilər Şurası təsdiq edəcək.
PAY