Ev Cəmiyyət

Cəbhə xəttində atışma davam edir

PAY
Tovuz Müharibə

Azərbaycan əraziləri Ermənistan tərəfindən atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Tərtər rayonunun Göyarx və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.