Ev Tovuz xəbərləri

“Qan verməklə başqasına həyat verirsən”

PAY
Tovuzlular

Tovuzda  “Qan verməklə başqasına həyat verirsən” şüarı altında könüllü  qanvermə  aksiyası keçirilib. Aksiya Mərkəzi Qan bankının, Prezident yanında Gənclər Fondunun təşkilatçılığı və rayon icra hakimiyyətinin dəstəyi ilə baş tutub. Aksiyanın keçirilməsində məqsəd ölkə ərazisində hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım və insanlar  arasında  donor  mədəniyyətini  formalaşdırmaq olub. İki saat müddətində davam edən aksiyada 200 nəfər iştirak edib. Qeyd edək ki, Tovuz  aksiyanın təşkil olunduğu səkkizinci rayondur. Qanvermə aksiyası bundan sonra  bir neçə regionda da reallaşdırılacaq. Qanvermə aksiyası zamanı hər rayonda olduğu kimi, Tovuzda da könüllü qan verənlərə  xüsusi “Fəxri Donor” kartları təqdim edilib.

Cümşüd Məmmədov  -TTV

PAY