Ev Cəmiyyət

Tovuzun adsız küçələri (video)

PAY
Tovuz küçələr

Müasir dövrdə insanlar bir-birinin yaşadığı ünvanı tapmaq üçün daha çox həmin küçənin adını soruşur. Amma gedib ünvana çatanda ya stendi görmürsən, ya da ki küçə adını bildirən yazının kiril əlifbası ilə yazıldığını rastlaşırsan.Bu cür problemlərlə Tovuz rayon sakinləri də, demək olar ki,hər gün üzləşirlər. Rayonda 42 küçə var ki, onların da bəzilərində bu cür vəziyyət hökm sürür. Nə  rayon sakinləri, nə də bura gələn qonaqlar küçə adlarının belə vəziyyəti ilə razılaşırlar…

Küçə adlarının hazırki vəziyyəti isə sakinlər kimi aidiyyatı qurumları da narahat edir. Tovuz RİH-nin MT Şöbəsinin Baş Mühəndisi Cabir Rüstəmovun sözlərinə görə, onlar  Stendlərin mövcüd vəziyyətə düşməsini onlar hava şəraiti ilə əlaqələndirlər. Amma belə vəziyyətin cari ilin sonuna qədər həllini tapacağını da gizlətmədilər.

Son olaraq rayon küçələrinə nabələd olan sakinlərə aidiyyatı qurumların vəd verdiyi vaxtı gözləmək qalır… Bəlkə bundan sonra ünvanları tapmaqda çətinlik çəkməyələr.

CÜMŞÜD MƏMMƏDOV(türkeltv.az)

http://youtu.be/sVN8PQGJYLk

PAY